Paşinyanın Xankəndi mitinqi: Bako fitə basıldı
Bizi izləyin

Nida Xəbər

Paşinyanın Xankəndi mitinqi: Bako fitə basıldı

Qarabağ separatçılarının rəhbəri Bako Saakyan fitə basılıb.

Axar.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Xankəndidə çıxışından öncə baş verib. Belə ki, Paşinyandan öncə tribunaya çıxan Saakyanı insanlar xain adlandıraraq, fitə basıblar.

Paşinyan tribunaya çıxdıqdan sonra isə insanlar "Miatsum!" şüarları səsləndiriblər.

Erməni baş nazir çıxışında Bako Saakyana söz atıb. O, Qarabağda “legitim hakimiyyətin” seçilməli olduğunu və İrəvanın bu seçkinin qarantı olacağını deyib.

Növbəti dəfə keçmiş prezident Robert Köçəryana da söz atan Paşinyan heç bir ölkənin Ermənistanın daxili işlərinə müdaxiləsınə yol verməyəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm