Nida Xəbər
Novruz Məmmədov Türkmənistan Prezidenti ilə görüşdü - FOTO
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birinci Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Türkmənistanın Türkmənbaşı şəhərində səfərdədir.
Publika.az xəbər verir ki, avqustun 12-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Baş Naziri Novruz Məmmədov ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Türkmənistana rəsmi səfərinin, səfər çərçivəsində aparılan danışıqların və imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından önəmli rol oynadığı qeyd edilib.
Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə uyğun olaraq uzunmüddətli tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olduqlarını bildirib.
Tərəflər Türkmənistan-Azərbaycan dialoqunun mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə qeyd olunub ki, Xəzər regionunda qonşu olan Azərbaycan və Türkmənistan müasir dövrün aktual problemlərinin həll yollarının axtarışında strateji tərəfdaş kimi çıxış edirlər.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub