Nida Xəbər
Novruz Məmmədov İranın Birinci vitse-prezidenti ilə görüşdü - FOTO
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Türkmənistana səfəri çərçivəsində İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə Baş Nazir ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Novruz Məmmədov iqtisadi əməkdaşlığın genişləndiyini, iki ölkə arasında mühüm layihələrin həyata keçirildiyini qeyd edib.
İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri də Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, birgə layihələrin reallaşmasının həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətli olduğunu bildirib.
Tərəflər Soçidə təşkil olunacaq Azərbaycan-Rusiya-İran sammiti çərçivəsində dövlət başçıları səviyyəsində keçiriləcək görüşün ölkələrimizin regional əməkdaşlığı baxımından vacib əhəmiyyət daşıdığını qeyd ediblər. Görüşdə Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub və əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...