XİN-dən Cəmmu və Kəşmirlə bağlı AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

XİN-dən Cəmmu və Kəşmirlə bağlı AÇIQLAMA

Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır.

Publika.az xəbər verir ki, bu sözləri “Cəmmu və Kəşmirdə baş verən hadisələrlə əlaqədar Azərbaycanın mövqeyi” barədə sualı cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva vurğulayıb ki, Azərbaycan Cəmmu və Kəşmir məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həllini dəstəkləyir.

Qeyd edək ki, Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Cəmmu və Kəşmir məsələsi üzrə Kontakt qrupun üzvüdür. Bu günlərdə İƏT-in Ciddədə mənzil-qərargahında Cəmmu və Kəşmir üzrə Kontakt qrupun iclası keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm