• USD 1,7000 0,00% EUR 1,8825 +0,04%
    • GBP 2,1197 +0,97% RUB 0,0266 +1,13%

Müdafiə Nazirliyi pilotun dəfni ilə bağlı məlumat yaydı

Müdafiə Nazirliyi pilotun dəfni ilə bağlı məlumat yaydı

İyulun 24-də plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Atakişiyev Rəşad Saləddin oğlunun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb.

Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, avqustun 21-də saat 10.00-da Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək. Hazırda hərbi pilotun dəfninin təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR