• USD 1,7000 0,00% EUR 1,8825 +0,04%
    • GBP 2,1197 +0,97% RUB 0,0266 +1,13%

Bu mərkəz büdcədən maliyyələşən qurumlar siyahısına salındı

Bu mərkəz büdcədən maliyyələşən qurumlar siyahısına salındı

Nazirlər Kabineti “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 19 dekabr tarixli qərara dəyişiklik edib.

Report xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qəsasən Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın "Büdcədən maliyyələşdirilən qurumlar” hissəsinə əlavə edilib.

Qeyd edək ki, Qarabağ Regional Meşə Təsərrüfatı Mərkəzi Prezident İlham Əliyevin bu ilin yanvarında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanına əsasən yaradılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR