İsrail dronları İran və İsrailə hücum üçün Azərbaycana gətirilib? - Nazirlikdən AÇIQLAMA
Bizi izləyin

Nida Xəbər

İsrail dronları İran və İsrailə hücum üçün Azərbaycana gətirilib? - Nazirlikdən AÇIQLAMA

Bəzi xarici internet media resurslarında ABŞ tərəfindən İsrail dronlarının İraqa və İrana hücum məqsədilə Azərbaycana gətirilməsi barədə məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu məlumatların heç bir əsası yoxdur, yalandır və dezinformasiya məqsədi daşıyır.

Qeyd edək ki, yayılan məlumatlarda “Haşd əl-Şaabi” (Xalq səfərbərlik bölmələri) qruplaşmasının komandiri Əbu Mehdi Əl-Mohandisinin ABŞ-ı İraq və İranı hədəfə almaq üçün 4 İsrail dronunu Azərbaycana gətirməkdə ittiham etdiyi bildirilir. Onun bu iddiası İraq silahlılarının Səlahəddin vilayətində yerləşən bazasının İsrail tərəfindən hədəfə alınmasından bir ay sonra səsləndirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm