Daşkəsəndə güclü külək fəsadlar törətdi
Bizi izləyin

Nida Xəbər

Daşkəsəndə güclü külək fəsadlar törətdi

Daşkəsən rayonunda güclü külək əsib, dolu və leysan yağış yağıb.

"Report"un məlumatına görə, leysan yağışla müşayiət olunan güclü külək nəticəsində Daşkəsən şəhərinin, rayonun qəsəbə və kəndlərinin bəzi yaşayış, sosial və inzibati binalarının dam örtüklərinə, rayonun elektrik dirəklərinə, o cümlədən elektrikötürücü xətlərə, habelə fərdi təsərrüfatlara ziyan dəyib.

Güclü külək habelə Daşkəsən şəhərində xeyli sayda ağacın budaqlarını qırıb. Daşkəsən Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən bərpa işləri aparılır və dəymiş ziyanın nəticələrini aradan qaldırmaq, təhlükəsizlik tədbirlərinin görülməsi üçün aidiyyəti üzrə qurumlar cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm