Nida Xəbər
“Eternity-2019” təlimi başladı - FOTO/VİDEO
Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2019” kompüter dəstəkli komanda qərargah təliminin başlanması ilə əlaqədar brifinq keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edənlər keçirilən təlimin hər üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsində və uzlaşmanın təmin edilməsində mühüm rol oynadığını vurğulayıblar.
Qeyd olunub ki, hər üç ölkənin ərazisindən keçən beynəlxalq əhəmiyyətli birgə strateji layihələrin təhlükəsizliyinin təmin olunması üzrə iştirakçıların biliklərinin artırılmasında, onların əməliyyat, təlim və analitik bacarıqlarının inkişaf etdirilməsində, həmçinin mühafizə fəaliyyətini həyata keçirən bölmələr arasında qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsində bu təlim mühüm əhəmiyyət kəsb edir.
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü