DİN rəhbəri bu rayonların sakinlərini qəbul edəcək
Bizi izləyin

Nida Xəbər

DİN rəhbəri bu rayonların sakinlərini qəbul edəcək

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sentyabrın 28-də Lənkəran Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinlərinin qəbulunu keçirəcək.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm