Zaxarovadan Paşinyanın Qarabağ bəyanatına MÜNASİBƏT
Bizi izləyin

Nida Xəbər

Zaxarovadan Paşinyanın Qarabağ bəyanatına MÜNASİBƏT

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır" bəyanatına münasibət bildirib.

O, "Bu cür bəyanatlar münaqişənin həllinə necə təsir göstərir" sualına cavabında deyib ki, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir davam edən və çətin problemdir.

“Azərbaycan və Ermənistan arasında münaqişə çox çətin bir prosesdir. Bu baxımdan bəyanatlara diqqət edilməlidir. Bu, başlanğıc nöqtəyə qayıtmamağımız və prosesin sıfıra düşməməsi üçün vacibdir", - deyə M.Zaxaraova qeyd edib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm