Elmar Məmmədyarov yeni səfiri qəbul etdi - FOTO
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov yeni səfiri qəbul etdi - FOTO

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyanın Azərbaycana yeni təyin olunan səfiri Daynis Qarançsı qəbul edib.

Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, səfir Daynis Qarançs Latviyanın xarici işlər naziri Edqar Rinkeviçsin salamını E.Məmmədyarova çatdırıb. Öz növbəsində, E.Məmmədyarov D.Qarançsı səfir təyin olunması münasibətilə təbrik edərək öz salamlarını Latviyalı həmkarına çatdırıb.

Görüşdə tərəflər ölkələrimiz arasında mövcud olan münasibətlərin siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə inkişafından məmnunluq ifadə ediblər. Tərəflər həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

D.Qarançs etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

E.Məmmədyarov Latviyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm