Nida Xəbər
XİN rəhbəri Qazaxıstan səfirini qəbul etdi - FOTO
Xarici İşlər naziri Elmar Məmmədyarov Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevi Qazaxıstan Prezidentinin ölkə Parlamentindəki Nümayəndiliyinin rəhbəri vəzifəsinə təyin olunması ilə bağlı geri çağrılması və Bakıda diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib.
Publika.az xəbər verir ki, nazir Elmar Məmmədyarov səfir Beybit İsabayevi yeni təyinatı münasibətilə təbrik edirərək, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
İki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir Elmar Məmmədyarov, bu əlaqələrin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə edib.
Səfir Beybit İsabayev, öz növbəsində səmimi təbrikə və diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycan və Qazaxıstan xalqları arasında əlaqələrin ortaq etnik, mədəni və tarixi köklərə əsaslandığını qeyd edən səfir Beybit İsabayev, yüksək səviyyəli dialoqun ölkələrimiz arasında tərəfdaşlığın hərtərəfli inkişafına mühüm təkan verdiyini vurğulayıb. Bu əsnada səfir Beybit İsabayev Qazaxıstan Prezidentinin 2017-ci ildə Azərbaycana səfərinin və səfər çərçivəsində imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında xüsusi əhəmiyyətini diqqətə çatdırıb.
Görüş zamanı iki ölkə arasındakı əməkdaşlığın inkişafından, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat və tranzit sahələrində əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər