BMTM-də ICAPP-ın baş katibi ilə görüş keçirildi
Bizi izləyin

Nida Xəbər

BMTM-də ICAPP-ın baş katibi ilə görüş keçirildi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Azərbaycanda səfərdə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP – International Conference of Asian Political Parties) baş katibi Park Ro-Byug ilə görüş keçirilib.

Görüş zamanı BMTM-in sədri Fərid Şəfiyev mərkəzin fəaliyyəti barədə qonağa məlumat verib.

Bildirib ki, yeni yaranmış mərkəzin əsas işi dünyada və Azərbaycanda baş verən siyasi prosesləri araşdırmaqdan və arayışlar hazırlamaqdan ibarətdir. Onun sözlərinə görə, bu baxından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəaliyyət prioritet təşkil edir. O, Mərkəzin xarici beyin mərkəzləri və təhsil qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu deyərək mərkəzin yaxın gələcəkdə xarici mütəxəssislər üçün təqaüd proqramları təşkil edəcəyini əlavə edib. BMTM sədri bu istiqamətdə Koreya Respublikasının beyin mərkəzləri və təşkilatları ilə əməkdaşlıq etməyə maraqlı olduqlarını diqqətə çatdırıb.

ICAPP-ın baş katibi Park Ro-Byug yeni yaranmış mərkəzə uğurlar arzulayıb. Ölkəsinə qayıtdıqdan sonra onun fəaliyyəti barədə elm adamlarına və beyin mərkəzlərinə məlumat verəcəyini bildirib. O, iki ölkə ekspertlərinin əməkdaşlığının çox məhsuldar ola biləcəyini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm