Baş nazirdən görünmədən müsahibə alan kimdir? - VİDEO
Bizi izləyin

Nida Xəbər

Baş nazirdən görünmədən müsahibə alan kimdir? - VİDEO

ASAN Radionun baş redaktoru, tanınmış jurnalist İlkin Kərimov Space TV-də start götürən "Sadə həqiqətlər" verilişinin aparıcısının kimliyini açıqlayıb.

Moderator.az xəbər verir ki, İlkin Kərimov aparıcının "Speys" teleşirkətinin prezidenti Vaqif Mustafayev olduğunu bildirib.

O, fikrini sosial şəbəkədə belə ifadə edib:

"Novruz Məmmədov Baş nazir kimi ilk müsahibəsini "Speys"in rəhbəri Vaqif Mustafayevə verib. Maraqlı açıqlamaları var. Onlardan biri - Baş nazir vəzifəsinə təklif edilən zaman Prezidentlə dialoqudur. Kinorejissor Vaqif Mustafayev Novruz Məmmədovla köhnə tanışlıqları məsələsinə toxundu. Xatırladım ki, rejissorun “Fransız” filmində tərcüməçi rolunu Novruz müəllim ifa etmişdi. Sadə həqiqətlərdən biri. ASAN Radio da müsahibə üçün hörmətli Baş nazirə məktub ünvanlayıb. Ümid edirəm ki, ilk radio da biz olarıq".

Qeyd edək ki, “Sadə həqiqətlər” verilişinin aparıcısı efirdə görünmür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm