Nursultan Nazarbayev Polad Bülbüloğluna təşəkkür etdi
Bizi izləyin

Nida Xəbər

Nursultan Nazarbayev Polad Bülbüloğluna təşəkkür etdi

Qazaxıstan Respublikasının Birinci Prezidenti-Elbası Nursultan Nazarbayev Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğluna məktub ünvanlayıb.

Səfirlikdən Publika.az-a verilən məlumata görə, məktubda deyilir:

“Hörmətli Polad Bülbüloğlu,

Ünvanıma göndərdiyiniz isti məktub və xoş arzulara görə sizə təşəkkür edirəm.

Sizin yaradıcı əməyinizi, səmərəli ictimai və dövlət fəaliyyətinizi, Qazaxıstan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinə verdiyiniz böyük şəxsi töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, sizin zəngin həyat və peşəkar təcrübəniz bundan sonra da bizim qardaş xalqlarımız arasında çoxtərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək.

Fürsətdən istifadə edərək, sizə möhkəm can sağlığı, əmin-amanlıq və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm