• USD 1,7000 0,00% EUR 1,8355 -0,31%
    • GBP 2,2103 +0,05% RUB 0,0266 -0,75%

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat naziri Azərbaycana səfər edəcək

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 17-də Azərbaycana işgüzar səfər edəcək.

"Report" xəbər verir ki, ikigünlük səfər çərçivəsində N.Turnava bir sıra ikitərəfli görüşlər keçirəcək.

Görüşlərdə Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Həmçinin Gürcüstan-Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın növbəti iclasına hazırlıq məsələləri də nəzərdən keçiriləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR