Nida Xəbər
Elmar Məmmədyarov macar həmkarı ilə görüşdü - FOTO
Xarici İşlər naziri Elmar Məmmədyarov Macarıstana səfəri çərçivəsində bu ölkənin Xarici İşlər və Ticarət naziri Peter Siyarto ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, görüşdə Azərbaycan və Macarıstan arasında mövcud olan ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən və strateji tərəfdaşlıq müstəvisində inkişaf edən əməkdaşlıqdan məmnunluq ifadə edildi. İki ölkə arasında iqtisadiyyat, o cümlədən kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarının mövcudluğu vurğulandı.
Nazirlər Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəhəng enerji və infrastruktur layihələri, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə və konkret olaraq enerji sahəsində ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi mövzuları ətrafında fikir mübadiləsi apardılar.
Nazir Elmar Məmmədyarov Türk Şurasının qarşıdan gələn 7-ci Zirvə görüşünə hazırlıq işləri barədə həmkarına məlumat verdi və Baş Nazir Viktor Orban başda olmaqla Macarıstan nümayəndə heyətini tezliklə Bakıda salamlamaqdan məmnun olacağımızı qeyd etdi.
Nazir Elmar Məmmədyarov macar həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin son vəziyyəti ilə bağlı məlumat verdi və münaqişənin BMT TŞ-nin qətnamələri, eləcə də digər beynəlxalq təşkilatların qərarları əsasında həll olunmasının vacibliyini vurğuladı.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etdilər.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO