• USD 1,7000 0,00% EUR 1,8829 +0,41%
    • GBP 2,1791 +0,49% RUB 0,0265 +0,38%

Zümrüd Yağmurdan qızının yazdıqlarına REAKSİYA: Selcan nə xəstədir, nə də yalançı...

Zümrüd Yağmurdan qızının yazdıqlarına REAKSİYA: Selcan nə xəstədir, nə də yalançı...

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur qızı Selcan Yağmurun atası ilə bağlı açıqlamasını təsdiqləyib.

Publika.az xəbər verir ki, o bu barədə Feysbukda yazıb.

"Bu gün mən kifayət qədər səbirli davrandım. Amma Selcanı mental xəstə çıxarmağa çəhd edənlər, qarşınızda mən varam. Selcan nə xəstədir, nə də yalançı...18 yaşlı bir gənci linç edənlər, sizin vicdanınız varmı ki, ona xitab edim?" – Zümrüd Yağmur qeyd edib.

Xatırladaq ki, F.Qəhrəmanlının hazırda Hollandiyada yaşayan qızı Selcan Yağmur daha əvvəl sosial şəbəkə hesabında atasının ailədə şiddət və zorakılıq tətbiq etdiyini bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR