Komitə sədri Əli bəy Hüseynzadənin qızı ilə görüşdü - FOTO
Bizi izləyin

Nida Xəbər

Komitə sədri Əli bəy Hüseynzadənin qızı ilə görüşdü - FOTO

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycanın böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin qızı Feyzavər Alpsar Turanla İstanbuldakı evində görüşüb.

Report-un məlumatına görə, komitə sədri 101 yaşlı Feyzavər Alpsarın səhhəti ilə maraqlanıb, onunla söhbət edib.

F.Muradov Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən "Xalq Cümhuriyyətinin 100 illik medal"ını Feyzavər Alpsara təqdim edib. Komitə sədri Əlibəy Hüseynzadənin xatirəsinin Azərbaycanxalqının qəlbində daim yaşayacağını deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm