Fuad Qəhrəmanlının ŞOK SƏSYAZISI: Əli Kərimli bundan xəbərdardır
Bizi izləyin

Nida Xəbər

Fuad Qəhrəmanlının ŞOK SƏSYAZISI: Əli Kərimli bundan xəbərdardır

Qızı Selcan Yağmurun məlum status və video müraciəti ilə gündəmə gələn AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlı ilə bağlı yeni şok məlumatlar əldə etmişik.

Publika.az xəbər verir ki, Musavat.com-a daxil olan eksklüziv səsyazısında F.Qəhrəmanlının AXCP sədri Əli Kərimliyə xəyanətindən, kimliyi məlum olmayan şəxslə separat danışığından bəhs olunur.

Səsyazısı zamanı F.Qəhrəmanlı bildirir ki, həm iqtidarın, həm də AXCP-nin resurslarından istifadə edib, hakimiyyətə gələcək. Hər iki tərəfi aldada biləcəyindən əminliyini ifadə edən AXCP təmsilçisi bildirir ki, Əli Kərimli onun hakimiyyətə işləməsindən xəbərdardır.

“Əgər YAP iqtidarı saxlaya bilmirsə, Əli Kərimli və dəstəsi də hakimiyyətə gələ bilmirsə, onlar optimal variant olaraq mənim namizədliyimin üzərində dayanacaqlar. Çünki hər iki tərəf bilir ki, birinin hakimiyyətdə qalması və ya o birinin hakimiyyətə gəlməsi digəri üçün faciədir. Bu səbəbdən onlar məcbur qalıb, mənim namizədliyimi qəbul edəcəklər. Çünki mən həm iqtidara, həm də AXCP-yə işləyirəm” deyən Fuad Qəhrəmanlı qeyd edir ki, o Ərdoğanın siyasi texnologiyasından istifadə edəcək: “Ərdoğan Nəcməddin Ərbakanı aldatdığı kimi, mən də Əli Kərimlini aldadacam”.

Uzun zamandır hakimiyyətə işlədiyini deyən F.Qəhrəmanlı daha sonra ərz edir ki, təkcə Əli Kərimlini deyil, həm də işlədiyi qüvvələri aldadır: “Siyasətlə siyasətçilər məşğul olmalıdır, qazanan hər zaman bacaranlar olur. Yekunda mən iqtidarı 7 il müddətinə götürməyi bacaracağam”.

Xatırladaq ki, bu AXCP tarixində ilk belə hal deyil və daxildə satqınlığın, xəyanətin, siyasi riyakarlığın əsasını həm bu partiyada, həm də Azərbaycan siyasətində Əli Kərimlinin özü qoyub.

Əbülfəz Elçibəyin Kələkidəki evində yaşayıb, ailəsinin qayğısından bəhrələnən və geri qayıdan kimi ondan üz çevirən, hakimiyyətlə separat əməkdaşlığa gedən, partiya daxilində “Yurd” adlı qruplaşma yaradan və Əbülfəz Elçibəyi AXCP sədrliyindən uzaqlaşdırmaq istəyən Əli Kərimli bu gün özü vaxtilə Elçibəyin düşdüyü durumla üz-üzə qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm