Nida Xəbər
XİN başçısı Zoran Zaevlə görüşdü - FOTO
Xarici İşlər naziri Elmar Məmmədyarov Şimali Makedoniya Respublikasının baş naziri Zoran Zaev ilə Nyu Yorkda, BMT-nin Baş Assambleyasının 74-cü sessiya çərçivəsində görüşüb.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, tərəflər Azərbaycan və Şimali Makedoniya Respublikası arasında əməkdaşlığın dostluq və qarşılıqlı anlaşma əsasında hərtərəfli və dinamik inkişafından məmnunluq ifadə ediblər.
Görüşdə Azərbaycan-Şimali Makedoniya Respublikası arasında davamlı siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, geniş iqtisadi əməkdaşlıq, eləcə də humanitar əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətinə toxunulub.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji layihələri haqqında fikir mübadiləsi aparan tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Elmar Məmmədyarov və Zoran Zaev həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO