“Elektron İttiham” proqramının təqdimatı keçirildi
Bizi izləyin

Nida Xəbər

“Elektron İttiham” proqramının təqdimatı keçirildi

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi və Bakı şəhər prokurorluqlarının əməkdaşlarının, eləcə də Ədliyyə Nazirliyi və Ali Məhkəmənin nümayəndələrinin iştirakı ilə “Elektron İttiham” proqramının təqdimatı keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, tədbirdə Baş prokurorun müavini Namiq Əsgərov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının məhkəməyə daxil olması, onların hazırlıq iclasları, həmin işlərin məhkəmədə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən “Elektron İttiham” proqramı barədə məlumat verib.

Bildirilib ki, proqram Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin təqdim etdiyi parametrlər əsasında Baş Prokurorluğun İnformasiya-kommunikasiya texnologiyaları idarəsi tərəfindən hazırlanıb. Proqram cinayət işlərinin birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinə daxil olduğu vaxtdan həmin işlər üzrə yekun qərarların qəbul olunmasınadək olan dövr ərzində bütün məlumatların, arayışların elektron qaydada sənədləşdirilməsini özündə ehtiva edir.

Təqdimat mərasimində “Elektron İttiham” proqramının funksionallığı nümayiş etdirilmiş, proqramın iş prosesi ilə əlaqədar suallar ətraflı cavablandırılıb, eyni zamanda proqramın iş rejimi ilə bağlı faydalı fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm