Elmar Məmmədyarov irlandiyalı nazirlə görüşdü - FOTO
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov irlandiyalı nazirlə görüşdü - FOTO

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə ediblər və əməkdaşlığın inkişafı üçün mövcud olan potensialı vurğulayıblar.

Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıblar, xüsusən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm