Nida Xəbər
Gürcü prezident Fərhad Musayevi "Şərəf" medalı ilə təltif etdi
Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlı hüquq müdafiəçisi Fərhad Musayevi "Şərəf" medalı ilə təltif edib.
Report xəbər verir ki, medalı bu gün F.Musayevə Gürcüstanın prezident administrasiyasının məsul əməkdaşı təqdim edib.
Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində keçirilən mərasimdə ictimaiyyət nümayəndələri, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ziyalılar və QHT təmsilçiləri iştirak ediblər.
Bildirilib ki, F.Musayev "Şərəf" medalına Gürcüstan-Azərbaycan dostluq münasibətlərinin möhkəmləndirilməsi və bu sahədə şəxsi əməyi və səmərəli ictimai fəaliyyətinə görə layiq görülüb.
F.Musayev yüksək mükafata görə S.Zurabişviliyə minnətdarlığını bildirib. Hüquq müdafiəçisi deyib ki, bundan sonra da Gürcüstan və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiə olunması sahələrində fəal olaraq çalışacaq.
F.Musayev Gürcüstan Azərbaycanlılarının İslahatlara, İnkişafa Dəstək İttifaqının prezidenti, Gürcüstanın Vəkillər Assosiasiyasının üzvüdür. O həmçinin Gürcüstan Ombudsmanı yanında Milli Azlıqlar Şurasında təmsil olunub.
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir