Elmar Məmmədyarov belaruslu həmkarı ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov belaruslu həmkarı ilə görüşdü

Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Belarus Respublikasının Xarici İşlər naziri Vladimir Makei ilə görüşüb.

XİN-dən Publika.az-a verilən məlumata görə, Nazirlər Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin cari vəziyyəti, mövcud əlaqələrin genişləndirilməsi perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və bu xüsusda həyata keçirilən hazırlıq tədbirləri, Azərbaycanın qarşıdan gələn üç il ərzində Hərəkata sədrliyi məsələlərini müzakirə etdilər.

Tərəflər həmçinin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi həyata keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm