Siyavuş Novruzov: Milyardları altına yığanlar bu gün...
Bizi izləyin

Nida Xəbər

Siyavuş Novruzov: Milyardları altına yığanlar bu gün...

Millət vəkili, YAP İcra katibinin müavini Siyavuş Novruzov Speys TV-nin “Sadə Həqiqətlər” verilişində maraqlı açıqlamalar verib.

Axar.az xəbər verir ki, deputat son günlər külli miqdarda borcu olan və buna görə deputatlıq vəsiqəsini girov qoyan Rəfael Cəbrayılovu gözləyən aqibətə də aydınlıq gətirib:

“Belə bir fakt varsa ki, iki variantdan biri seçilməlidir. Ya dünya praktikasında olduğu kimi mədəni qaydada özü istefa verməlidir, ya da İntizam komissiyası daxili nizamnamənin tələblərinə uyğun olaraq addımlar atmalıdır”, - deyə S.Novruzov bildirib.

Millət vəkili həmçinin bir müddət əvvəl keçmiş məmurlar, onların milyardlarla vəsait mənimsəməsi ilə bağlı verdiyi qalmaqallı açıqlama barədə də danışıb. Deputat konkret adlar çəkməsə də, belə şəxslərdən ikisinə işarə vurub:

“Milyardları altına yığanlar bu gün məsuliyyətdədir, cəzalarını çəkirlər. Azərbaycanda MTN və Beynəlxalq Bank əməliyyatı oldu. Dövlət həmin insanları müəyyənləşdirdi və məsuliyyətə cəlb etdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm