Milli Məclisin payız sessiyası başladı - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

Milli Məclisin payız sessiyası başladı - (YENİLƏNİR)

Milli Məclisin payız sessiyasının ilk plenar iclasında çıxış edən spiker Oqtay Əsədov bildirib ki, yaz və növbədənkənar sessiya dövründə Milli Məclisin üzvləri 35 xarici ölkəyə və beynəlxalq təşkilatlara səfər edib.

Eləcə də 42 təşkilatın nümayəndələri Milli Məclisdə səfərdə olublar. Bu müddətdə Milli Məclis xətti ilə Bakıda 4 mühüm tədbir keçirilib.

Oqtay Əsədov əlavə edib ki, parlamentin 2019-cu il payız sessiyasının qanunvericilik işlərinin planı hazırlanaraq deputatlara təqdim edilib: “Əminəm ki, payız sessiyası da uğurlu olacaq. Bu işdə sizə uğurlar arzu edirəm”.

***

Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasa Milli Məclisin sədri Oqtay Əsədov sədrlik edir. Sessiya Azərbaycan dövlət himninin oxunaması ilə başlayıb

***

Bu gün Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək.

İclasda 2019-cu il payız sessiyasının qanunvericilik işləri planı, "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında" Konstitusiya Qanununun ləğvi barədə" Konstitusiya Qanunu (ikinci səsvermə), "Texniki tənzimləmə haqqında" qanun layihəsi, "Ələt azad iqtisadi zonası haqqında" qanuna dəyişiklik, "Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi və digər məsələlər müzakiyərə çıxarılacaq.

Ümumilikdə, iclasın gündəliyinə 20 məsələ daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm