Nida Xəbər
BP şirkətinin rəhbəri postunu tərk edəcək
BP-nin rəhbəri Robert Dadli şirkətin rəhbəri vəzifəsindən ayrılacağını, lakin direktorlar şurası tərəfindən müvafiq qərarın hələlik olmadığını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə R.Dadli "Rusiya energetika həftəsi-2019" beynəlxalq forumu çərçivəsində jurnalistlərə bildirib.
Jurnalistlərin BP-dən ayrılıb-ayrılmayacağı ilə bağlı sualını cavablandırarkən Dadli deyib: "Bəli, bu, doğrudur. Tez-tez, təxminən, 65 yaşım olanda vəzifədən ayrılacağımı söyləyirdim. Odur ki, bunda xəbərlik bir şey yoxdur. Ancaq hələlik bu mövzuda direktorlar şurasının qərarı yoxdur”.
Bununla belə, R.Dadli BP rəhbəri vəzifəsindən ayrıldıqdan sonra nə edəcəyini açıqlamayıb.
Daha əvvəl "Sky News" telekanalı Britaniyanın biznes dairələrindəki mənbələrinə istinadən R.Dadlinin bu il ərzində vəzifəsini tərk edə biləcəyini məlumat vermişdi.
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu