"Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir" - Türkiyə səfiri
Bizi izləyin

Nida Xəbər

"Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir" - Türkiyə səfiri

“Biz bir millət, iki dövlətik. Məhz buna görə də Dağlıq Qarabağda Azərbaycana aid mədəniyyət abidələrin məhv edilməsi Türkiyənin mədəniyyət abidələrinin məhv edilməsi, dağıdılması deməkdir”.

Teleqraf.com-un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir qeyd edib ki, beynəlxalq qanunlara görə, Dağlıq Qarabağda Azərbaycana aid abidələrin məhv edilməsi cinayətdir: “Bununla mübarizə aparmaq üçün həm Türkiyə, həm də Azərbaycan UNESCO başda olmaqla hüquqi müstəvidə mübarizə aparır. Biz bu istiqamətdə yaxından əməkdaşlıq edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm