Vilayət Eyvazov keçmiş polis rəisinə vəzifə verdi
Bizi izləyin

Nida Xəbər

Vilayət Eyvazov keçmiş polis rəisinə vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin keçmiş rəisi, polis polkovnik-leytenantı Etibar Balakişiyev Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, E.Balakişiyev Gəncə Şəhər Baş Polis İdarəsinin və Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin keçmiş rəisi, mərhum polis general-mayoru Rasim Musayevin qohumudur. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm