Vilayət Eyvazovdan yeni rəis təyinatı
Bizi izləyin

Nida Xəbər

Vilayət Eyvazovdan yeni rəis təyinatı

Bərdə Rayon Polis Şöbəsində yeni bölmə rəisi təyin edilib.

Publika.az-ın "Report"a istinadən verdiyi məlumata görə, daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsinə Rauf Heydərov təyin edilib.

R.Heydərov bu vəzifəyə qədər Lənkəran rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili işləyib.

Qeyd edək ki, bundan əvvəl Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi Bayram Mirzəyev olub. B.Mirzəyev Xətai Rayon Polis İdarəsinə təyinat alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm