Prezidentin möhtəşəm çıxışı ilə bağlı VİDEOÇARX hazırlandı
Bizi izləyin

Nida Xəbər

Prezidentin möhtəşəm çıxışı ilə bağlı VİDEOÇARX hazırlandı

ANS Şirkətlər Qrupuna daxil olan "Balans Studiyası" Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışına dair videoçarx hazırlayıb. Çarxda əsas yer Azərbaycan dövlət başçısının Ermənistanın baş naziri Nikol Paşinyanın təəccüb doğuran bəyanatına cavabına verilib.

Kadrlarda "Qarabağ Azərbaycandır və nida işarəsi" sözləri səsləndikdən sonra Azərbaycanın xəritəsi və "Balans döyüşə hazırdır!" ifadəsi yer alıb.

Publika.az böyük maraq doğuran görüntüləri təqdim edir:

Xatırladaq ki, prezident İlham Əliyev çıxışında bildirib ki, Paşinyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatı təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. "Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm