Nida Xəbər
Test imtahanının vaxtı məlum oldu
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası bildirib ki, qulluğa qəbulla bağlı cari ilin avqust ayında elan edilmiş açıq müsabiqədə iştirak barədə ərizə qəbulu davam edir və oktyabr ayının 9-dək müraciət edən ilk qrup hüquqşünaslarla test imtahanı Dövlət İmtahan Mərkəziilə birlikdə oktyabr ayının 12-də müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə keçiriləcəkdir.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28 ünvanında yerləşən inzibati binasında saat 10:00-da başlanacaq imtahanda buraxılış rejiminin və yerləşdirilmənin təmin olunması üçün namizədlər azı 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsini mütləq təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsi olmadıqda namizəd imtahana buraxılmır.
Xatırladırıq ki, imtahana hazırlıqla bağlı "Yaddaş kitabçası", habelə test imtahanında kompüterdən istifadəyə dair Təlimat nazirliyin internet səhifəsində "Qulluğa qəbul" bölməsində və namizədlərin elektron kabinetlərində yerləşdirilib, həmçinin bu sənədlər nazirliyə və regional ədliyyə idarələrinə müraciət edənlərə təqdim olunur.
Qulluğa qəbulla bağlı namizədlərin müsabiqəyə mükəmməl hazırlaşmalarına köməklik göstərilməsi məqsədilə nazirliyin Ədliyyə Akademiyasında təşkil olunan ənənəvi hazırlıq kursları davam edir (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158, telefon: (012) 493-71-31).
Qaydalara əsasən test imtahanının nəticəsinə görə 55 və daha artıq bal toplamış namizədlərin zəruri sənədlərini təqdim etməsi, həmçinin onların yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Əlavə məlumatları nazirliyin internet səhifəsindən (www.justice.gov.az), eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür. İmtahan binasına getmək üçün naviqasiya məlumatları nazirliyin internet səhifəsində yerləşdirilib.
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb
-
İdman23 Aprel 22:48
Son çempion boşanır: uşaqlıqdan başlayan nağıl bitir
-
Dünya23 Aprel 21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO