Nida Xəbər
Meriya Müsavat partiyasının qurultayı ilə bağlı razılıq verdi, sahibkar imtina etdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının oktyabrın 12-də qurultayının Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən "Büllur" mərasim evində keçirilməsinə razılıq versə də, məkanın sahibi bundan imtina edib.
Bu barədə Müsavat Partiyasının başqanının müavini Razim Əmiraslanlı məlumat verib.
"Qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək xahiş etmişdik ki, qurumun balansında olan 400-500 nəfərlik yer ayırsın. Təəssüflər olsun ki, icra hakimiyyəti belə yerin olmadığını qeyd etdi. Bildirildi ki, Müsavat Partiyası hər hansı yer təklif etsin, icra hakimiyyəti də müvafiq qərar versin. Biz Binəqədi rayonunda, 7-ci mikrorayonda yerləşən "Büllur" mərasim evi ilə danışıqlar apardıq, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik, razılıq aldıq. Təəssüflər olsun ki, bu gün həmin mərasim evinin sahibi oktyabrın 12-də orada tədbir olacağını dedi. Bir sözlə, yeri verməkdən imtina etdi. Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi məsələni müzakirə edir. Hələlik konkret qərarımız yoxdur”, - deyə, o əlavə edib. (report)
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!