Sergey Markov: Prezident İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət qazanıb
Bizi izləyin

Nida Xəbər

Sergey Markov: Prezident İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət qazanıb

Prezident İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət qazanıb. “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş iclasında iştirak edən akademik və media birliklərinin nümayəndələri Dağlıq Qarabağ münaqişəsi barədə lazımınca məlumatlı deyildi. Səbəb odur ki, bu birliyin mövqeyi erməni diasporunun təsirinə məruz qalmış KİV-lər tərəfindən yayılan informasiya əsasında formalaşır. Bu mənada, Azərbaycan Prezidenti mürəkkəb bir auditoriya qarşısında çıxış edirdi. Lakin Prezident İlham Əliyev öz zəngin təcrübəsi və böyük diplomatik istedadı sayəsində mövqeyini dəqiq və aydın şərh etməyə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması kontekstində Azərbaycanın maraqlarının və fəaliyyətinin məntiqini izah etməyə müvəffəq oldu. Hesab edirəm ki, onun çıxışı Beynəlxalq Diskussiya Klubunun iclasında ən güclü bəyanatlardan biri oldu.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış rusiyalı politoloq, “Siyasi Araşdırmalar İnstitutu” qeyri-kommersiya tərəfdaşlığının baş direktoru Sergey Markov bu fikirləri oktyabrın 7-də “Sputnik Azərbaycan” multimedia mətbuat mərkəzində keçirilmiş mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi “Valday” Beynəlxalq Diskussiya Klubunun növbəti iclasının yekunlarını təhlil edərkən söyləyib.

Rusiyalı məşhur politoloq regionda və dünyada baş verən proseslərlə əlaqədar Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcək inkişafı barədə fikirlərini də bölüşüb. Onun sözlərinə görə, ölkələr arasında münasibətlərdə “Bakı ab-havası” formalaşıb və “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilmiş iclasına Azərbaycan Prezidenti İlham Əliyevin dəvət edilməsi Moskva ilə Bakı arasında dostluq münasibətlərinin növbəti təzahürüdür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm