Bir kişi tapılmadı ki... - Xanım deputat Milli Məclisdə HƏR KƏSƏ SƏSLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Bir kişi tapılmadı ki... - Xanım deputat Milli Məclisdə HƏR KƏSƏ SƏSLƏNDİ

Milli Məclisin bugünkü iclasında deputat Aytən Mustafazadə Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında qeydə alınan cinayət hadisəsini pisləyib.

Publika.az xəbər verir ki, deputat uşaqların gözü önündə ərin arvadını qətlə yetirməsini dəhşətli qəddarlıq hadisəsi adlandırıb.

“Biz necə cəmiyyətdə yaşayırıq? Bir kişi tapılmadı ki, ona bir-iki yumruq vursun, cinayətdən çəkindirsin?”, - deyə millət vəkili qeyd edib.

Aytən Mustafazadə metroda yoxlamaların ciddi aparılmadığına da münasibət bildirib:

“Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.

Xatırladaq ki, Binəqədi rayonunda, “Avtovağzal” metrostansiyası yaxınlığında Nicat Abdullayev küçədə həyat yoldaşı Leyla Abdullayevaya uşaqlarının gözü qarşısında 20 bıçaq zərbəsi endirib. Qadın hadisə yerində həyatını itirib.

Hadisəni törədən N. Abullayev Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm