Nazir: Azərbaycan ilə İranın əməkdaşlıq əlaqələri digər dövlətlər üçün nümunədir
Bizi izləyin

Nida Xəbər

Nazir: Azərbaycan ilə İranın əməkdaşlıq əlaqələri digər dövlətlər üçün nümunədir

İranda səfərdə olan Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 8-də İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib.

Sahil Babayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarının və Azərbaycana səfərə dəvət etməsini Prezident Həsən Ruhaniyə çatdırılmasını xahiş edib.

Nazir bildirib ki, bu gün iki ölkə arasında qarşılıqlı əlaqələr inkişaf mərhələsindədir. Azərbaycan İran ilə müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsində maraqlıdır. Azərbaycan Prezidentinin xarici siyasət kursunda dost və qardaş İran ilə qarşılıqlı münasibətlərin inkişafı prioritet xətt təşkil edir. Azərbaycan ilə İran beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir. Bu əməkdaşlıq xalqlarımızın mənafeyinə cavab verir.

Nazir Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi islahatlar haqqında geniş məlumat verib.

Qeyd olunub ki, iki ölkə arasında əhalinin sosial müdafiəsi sahəsində də əlaqələrin qurulması zəruridir və bu istiqamətdə iş aparılır.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan ilə İranın qarşılıqlı əməkdaşlıq əlaqələri səmimi xarakter daşıyır və digər region ölkələri üçün nümunədir.

İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi nəzərə çatdırıb ki, iki ölkənin xalqları ortaq tarixə, dinə, adət-ənənəyə malikdir. Xalqların ortaq dəyərləri dövlətlərin yaxın əlaqələr qurması üçün zəmin yaradıb. Hər iki dövlətin prezidentləri məhz xalqın mənafeyini əsas tutaraq siyasi iradə nümayiş etdirdilər və qarşılıqlı münasibətlərin inkişafının əsasını qoydular. İran qonşu və dost Azərbaycan Respublikası ilə əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi üçün heç bir maneə görmür.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov da iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm