Azərbaycandan Türkiyəyə Suriya əməliyyatı ilə bağlı BÖYÜK DƏSTƏK
Bizi izləyin

Nida Xəbər

Azərbaycandan Türkiyəyə Suriya əməliyyatı ilə bağlı BÖYÜK DƏSTƏK

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və beynəlxalq ictimaiyyətin terrorizmə qarşı mübarizədə səylərini dəstəkləyir. Bu mənada biz əminik ki, Türkiyə hökuməti tərəfindən bəyan edildiyi kimi, Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı Suriyanın ərazi bütövlüyü çərçivəsində terror riskinin aradan qaldırılmasına, qaçqınların öz evlərinə qayıtmasına, humanitar problemlərin həll edilməsinə, sülh və sabitliyin təmin edilməsinə xidmət edəcək".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Fərat çayının şərqində məskunlaşan PKK/PYD/YPG və İŞİD terror təşkilatlarına qarşı hərbi əməliyyata başlayıb. Bir çox dünya ölkələri, o cümlədən, ABŞ və Avropa “Sülh Çeşməsi”nə qarşı sərt bəyanatlar səsləndirib. Bununla yanaşı, terrorizmdən, işğalçılıqdan əziyyət çəkən dövlətlər Türkiyənin yanında olduğunu bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm