İlham Əliyevin fikirlər tarixi həqiqətə əsaslanan mövqedir - Rus EKSPERT
Bizi izləyin

Nida Xəbər

İlham Əliyevin fikirlər tarixi həqiqətə əsaslanan mövqedir - Rus EKSPERT

Beynəlxalq hüquq normaları və tarixi gerçəklik baxımından Qaregin Njde hərbi cinayətkar və nasistlərin əlaltısı olub.

Publika.az xəbər verir ki, bunu Reporta-a rusiyalı hərbi ekspert İqor Korotçenko MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Prezidenti İlham Əliyevin nitqini şərh edərkən bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi mövqe tarixi həqiqətə əsaslanan mövqedir. Onun dedikləri həqiqətdir və təkzib oluna bilməz”, - deyən ekspertin sözlərinə görə Qaregin Njde şəxsiyyətinə dair Rusiyanın rəsmi mövqeyi ölkənin Müdafiə Nazirliyi tərəfindən nəşr etdirilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” adlı ensiklopediyasında əksini tapıb.

“Bu nəşrin “Məxfi müharibə. Böyük Vətən müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat” sərlövhəli altıncı cildindəki “Müharibənin son ili hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə belə bir parça var: “Abverin 114-cü qrupuna (“Dromedar”) dair xəfiyyəlik işi çərçivəsində əks-kəşfiyyatçılar tərəfindən keçmiş daşnak ordusu generalı, mühacir Ter-Harutunyan müəyyənləşdirilərək həbs edilmişdi. Böyük Vətən müharibəsi zamanı Bolqarıstanda erməni millətindən olan 30-dan artıq xəfiyyə tutaraq təxribatçı kimi hazırlıq keçmələrində, təxribatlar törətmək üçün Qızıl Ordunun arxasına göndərilmələrində iştirak edib. 17 təxribatçı saxlanılaraq terror təxribat əməllər törətmələrinin qarşısı alınıb, qalanları axtarışa verilib”. İndi sizinlə söhbət etdiyimiz mövzu üzrə Njde tərəfindən nasist Almaniyası üçün məhz neçə nəfər terrorçu, təxribatçı tutulmasının elə də böyük əhəmiyyəti yoxdur. Mühüm olan Njdenin nasistlərin məxfi xəfiyyəsi olduğunu, döyüşən Qızıl Ordunun arxasında, Sovet İttifaqı ərazisində, sadəcə, kəşfiyyat işi üçün deyil, məhz terrorçu təxribatçı aktlar törətmək üçün çoxlu xəfiyyələr tutduğunu müasir Rusiyada dəqiq bilinməsidir", - ekspert vurğulayıb.

Onun sözlərinə görə, Njde nasistlərin əlaltısı və canisidir: "Onu qəhrəman kimi qələmə verən Paşinyanın dedikləri tarixi həqiqəti əks etdirmir. Paşinyan nasist canisini müdafiə edir. Paşinyana “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının altıncı cildini açıb Njdenin hərbi cinayətlər törətməsi, nasistlərlə əlbir olmasına dair yerləri tapıb diqqətlə oxumağı tövsiyə etmək istərdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm