Nida Xəbər
Paşinyanın bu dəstəyi Rusiyaya qarşı addımdır - Aleksey Nejivoy
Azərbaycan Prezidentinin MDB dövlət başçıları Şurasının iclasında çıxışı obyektiv xarakter daşıyır. Çünki İlham Əliyev terrorçuluğun təbliği məsələsində vacib vurğuları düzgün qoydu və bu ideologiyanın regionda və dünyada yayılmasının qəbulolunmazlığını bəyan etdi.
Publika.az xəbər verir ki, bunu Trend-ə rusiyalı ekspert Aleksey Nejivoy deyib.
Ekspert bildirib ki, erməni baş nazirin nümayiş etdirdiyi özünümüəyyənləşdirmə cəhdləri öz siyasətinə bəraət qazandırmaq üçün digər vasitələrin qalmadığı demək idi: “Bu halda irqçilik və millətçiliyə uyğunlaşma baş verir. Paşinyan yeganə məqsəd üçün - hər mənada iflasa uğramış bir qrup şəxslərin birgə hakimiyyətdə qalması üçün faktiki olaraq özünü keçmişə itələməyə çalışdı”.
Ekspert N.Paşinyanın terrorçuluğun qəhrəmanlaşdırılmasına dəstək məsələsində mövqeyini Rusiyaya qarşı addım kimi dəyərləndirib: “Fikrimcə, erməni baş nazirin bu kontekstdə bəyanatları anti-Rusiya xarakteri daşıyır”.
Ekspert əlavə edib ki, Ermənistan hakimiyyəti tərəfindən aparılan özünütəcrid prosesi acınacaqlı sonluqla nəticələnə bilər.
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan şok xəbərdarlıq
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"