Zərifə xanıma xəbər göndərdim, Heydər Əliyevə desin ki... - Video
Bizi izləyin

Nida Xəbər

Zərifə xanıma xəbər göndərdim, Heydər Əliyevə desin ki... - Video

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Speys TV-nin “Sadə həqiqətlər” verilişinin qonağı olub.

Axar.az xəbər verir ki, 1980-ci ildə Şeyxülislam vəzifəsinə seçilməsindən danışan Şeyx ondan əvvəl bu vəzifəni daşıyan Hacı Mirqəzənfər və Molla Əliağa Süleymanzadənin çox böyük alimlər olduğunu bildirib.

Allahşükür Paşazadə sovet dönəmində Gəncədəki İmamzadə məscidinin sökülmək məsələsinin ortaya atılmasından da danışıb. Şeyx Zərifə xanım Əliyevanın sayəsində bu barədə Heydər Əliyevə məlumat göndərdiyini, əvəzində isə İmamzadə məscidinin sökülmək əvəzinə təmir olunaraq, sovet dövründə ilk ziyarətgah kimi qeydə alındığını deyib.

Şeyx həmçinin Ayaz Mütəllibova istefası üçün təklif verdiyi və onun bu təklifi qəbul etdiyi tarixçəni də danışıb...

Ətraflı videoda:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm