“Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” adlı Konfrans keçirilir - FOTO - (YENİLƏNİR)
Bizi izləyin

Nida Xəbər

“Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” adlı Konfrans keçirilir - FOTO - (YENİLƏNİR)

“Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransı keçirilir.

Publika.az-ın məlumatına görə, giriş nitqi ilə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanın millətlərarası dialoq, tolerantlıq mühitinin bərqərar olduğu, nüfuzlu toplantıların keçirildiyi məkan olduğunu vurğulayıb.

“Ölkəmizin Bakı Beynəlxalq Media Konfransına ev sahibliyi etməsi medianın nə qədər aktual olduğunu göstərir. Ümid edirik ki, bu konfrans dünyanın aparıcı media qurumlarının nümayəndələrinin platformasına çevriləcək. Müasir dövrdə söz və mətbuat azadlığı mühüm şərt kimi irəli sürülür. Mətbuatın sərbəst və maneəsiz fəaliyyəti hər bir ölkə üçün öhdəlik kimi qəbul edilib. Mühüm tendensiyaları daim diqqətdə saxlamalı, neqativ hallar nəzərimizdən yayınmamalıdır. Bu isə qarşılıqlı əməkdaşlığın dərinləşməsindən asılıdır. Nəzərəçarpan hadisə və proseslərə də töhfəmizi verə bilərik. Proseslərə zamanında reaksiya verilməsi vacibdir. İnternet əsrində yaşayırıq, internet-media resurslarının da sayının artmasında dinamiklik müşahidə olunur”.

Əflatun Amaşov Azərbaycanın ikili standartlardan əziyyət çəkdiyini qeyd edib: “Zaman-zaman qeyri-obyektivlik və qərəzin şahidi oluruq. Belə hallar bizi düşündürməlidir. Bu, mənfi təmaüllərlə münasibətdə “Qlobal medianın inkişaf trendləri: Risklər və İmkanlar” Bakı Beynəlxalq Media Konfransı obyektiv mövqedən çıxış edərək, dünyaya mesaj verən tribuna kimi özünü təsdiqləyəcək, prioritetlərini müəyyənləşdirəcək”.

Daha sonra Qlobal Jurnalistlər Şurasının sədri Mehmet Ali Dim Azərbaycanla Türkiyə mediasının ortaq tərəflərinin olduğunu vurğulayıb. O, Türkiyənin çox sayda media ilə bağlı təşkilatlarının olduğunu qeyd edib: “Bu sahədə tənzimləməyə, yeni bir nəfəsə ehtiyac var. Xarici İşlər naziri Mövlud Çavuşoğlunun dəstəyi ilə Qlobal Jurnalistlər Şurası yaradılıb. Türkiyədə fəaliyyət göstərən xarici media orqanları da bizim təşkilatımızın sırasında yer alır. Türk düşməni olmayan jurnalistlər üzvlərimizdir”.

***

Türkiyəli iş adamı Hüseyn Braner “Azərbaycanın turizm potensialını Avropada necə tanıtmalı” mövzusunda çıxış edib. Onun sözlərinə görə, Türkiyə vilayətləri mədəni irsin qorunub-saxlanması baxımından Bakıdan nümunə götürə bilər: “Hazırda Azərbaycan 3 milyon turisti cəlb edir, çoxu ölkəyə Rusiya, Gürcüstan, İran və Türkiyədən üz tutur. 540 otel Türkiyə ilə müqayisədə az olsa da, bu sahənin inkişaf edəcəyi şübhəsizdir. Naftalan sanatoriyası dünya səviyyəlidir. Alaniya kimi Xəzərin sahilləri də diqqət cəlb edir, tarixi abidələr göz qamaşdırır. Turizm sadəcə ticarət deyil, təbliğat baxımından da önəmlidir”.

Hüseyn Baraner media orqanlarının əcnəbi dillərdə yayılmasının vacibliyinə diqqət çəkib.

***

Yunanıstan Star TV-nin təmsilçisi Anna Andreou "Dünyada sülhün qorunmasında medianın rolu və töhfəsi" mövzusunda çıxış edərək bildirib ki, jurnalistin vəzifəsi insanların arasında körpü yaratmaqdır: "Təəssüf ki, müasir dünyada jurnalistika yönünü itirməkdədir. Provokativ informasiyalardan uzaq qaçmaq lazımdır. İctimaiyyəti KİV yönəltməlidir, bəzən əksi baş verir. Ən təhlükəli xəstəlik "feyk" məlumatların yayılmasıdır və məqsəd dünyanı qarışdırmaqdır. Peşəkar jurnalistika saxta məlumatları yaymaqdan çəkinməlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm