Alo, müxalifət!
Bizi izləyin

Nida Xəbər

Alo, müxalifət!

Bir neçə gündür sosial şəbəkələrin qəhramanına çevrilmiş Pərvanə Əhmədova video müraciət yayıb.

Publika.az xəbər verir ki, onun yaydığı video müraciət nə qədər məyus edici olsa da bir acı reallıqdır. Həm də bir dərs... O dərs ki, bizlərə təsadüfü və tanımadığımız adamlardan qəhrəman “düzəltməyi” bəlkə bizlərə tərgitdi... Belə ki, redaksiyamıza daxil olmuş video müraciətdə Demokratik Qüvvələrin Milli Şurasının 8 oktyabr 2019-cu il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin önündə təşkil edilmiş etiraz aksiyası zamanı hakimiyyətyönümlü Maqsud Mahmudovla polemikaya girən Pərvanə Əhmədova müxalifət düşərcəsini tənqid edərək, onunla bağlı müxalifət düşürcəsini şayə yaymaqda ittiham edib. Pərvanə Əhmədova heç bir təziqə məruz qalmadığını, hazırda siyasi proseslərsən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirərək, özünə məxsus formada müxalifət düşərcəsinə müraciət edib.

O müraciətində: “Alo eşirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” deyərək fikrini tamamlayıb... Azərbaycan müxalifətində zamanla alınmış və satılmış siyasi fiqurlar görmüş xalq bunu da görmək zorunda qaldı... Bu bir daha sübut etdi ki, hər yoldan keçəndən “qəhrəman düzəltmək” bizlərin cəmiyyət və müxalifət olaraq zərərinədir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm