Polisdən müxalifətin 19 oktyabr icazəsiz mitinqi ilə bağlı XƏBƏRDARLIQ
Bizi izləyin

Nida Xəbər

Polisdən müxalifətin 19 oktyabr icazəsiz mitinqi ilə bağlı XƏBƏRDARLIQ

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) müxalifətin Bakıda keçirmək istədiyi icazəsiz mitinqlə bağlı məlumat yayıb.

İdarənin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Publika.az-a bildirib ki, qanunvericiliyə uyğun olaraq, paytaxtda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan istənilən siyasi aksiyanın, yaxud mitinqin qarşısı qətiyyətlə alınacaq:

“Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsi qanunla müəyyən edilir. Polis yalnız qanunvericilik çərçivəsində paytaxtda hüquq qaydasının təmin olunmasında üzərinə düşən vəzifələri həyata keçirəcək”.

Xatırladaq ki, müxalifət oktyabrın 19-da Bakıda mitinq keçirəcəyi barədə məlumat yayaraq çağırış edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm