Nida Xəbər
Leyla Əliyeva film təqdimatında - FOTO
Oktyabrın 15-də Nizami Kino Mərkəzində Rusiyanın görkəmli şairi, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Andrey Dementiyevin xatirəsinə həsr edilmiş “Həyat bir, sevgi bir” adlı sənədli filmin təqdimatı olub.
Publika.az xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Filmin təqdimatından əvvəl tanınmış jurnalist, ssenarist və rejissor Oleq Şommer çıxış edərək şairin həyat və yaradıcılığından söz açıb. Andrey Dementiyevin Azərbaycan haqqında hər zaman gözəl təəssürat və bilgiyə malik olduğunu deyən rejissor onun dəfələrlə ölkəmizə səfərə gəldiyini qeyd edib. Bildirib ki, Andrey Dementiyev sonuncu dəfə Azərbaycanda beş il əvvəl görkəmli şair Mixail Lermontovun 200 illiyi münasibətilə təşkil edilən tədbirdə iştirak edib.
“Bu tədbirdə çıxış edən zaman Andrey Dementiyevə gənc bir şairin şeirlərini təqdim edirlər. Şeirləri oxuyan şair onları çox bəyəndiyini deyir. Şeirlərin müəllifinin gələcəkdə böyük yaradıcılığa malik olacağını söyləyir. Beləliklə, həmin şeirlərin müəllifi olan Leyla xanım Əliyevanın ilk şeirlər kitabı çap edilir”, - deyə O.Şommer vurğulayıb.
Heydər Əliyev Fondu ilə birgə əməkdaşlıq çərçivəsində yeni sənədli filmlərin çəkiləcəyini deyən rejissor ekran əsərlərinin hər birinin ayrı-ayrılıqda təqdimatlarının keçiriləcəyini qeyd edib. O.Şommer deyib ki, böyük şairlərin yaradıcılığına Azərbaycanda hər zaman diqqət yetirilir.
Sonra qonaqlar filmə baxıblar.
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO