Hökumətdə kimlər Prezidentin islahatlarına qarşıdır? - Siyavuş Novruzov AÇIQLADI
Bizi izləyin

Nida Xəbər

Hökumətdə kimlər Prezidentin islahatlarına qarşıdır? - Siyavuş Novruzov AÇIQLADI

Bu gün Azərbaycanda geniş şəkildə keçirilən islahatları qəbul etməyən insanlar var. Onları iki hissəyə bölə bilərik.

Axar.az xəbər verir ki, bu bu sözləri “Yeni Müsavat”ın canlı yayımında oktyabrın 15-də Prezident İlham Əliyevin keçirdiyi iqtisadi müşavirə barədə sualları cavablandıran YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. O bildirib ki, islahatları qəbul etməyənlər vəzifədən azad edilməsi ilə barışa və inkişafla ayaqlaşa bilməyəndir:

“İslahatları qəbul etməyənlərin bir hissəsi keçmiş psixologiyaya sahib insanlardır ki, onların beynində “məni çıxardıb başqasını vəzifəyə gətirdilər, demək ki, bu, pisdir” düşüncəsi qalıb. Lakin onlar bilməlidirlər ki, o şəxs vəzifədən azad edilibsə, onun yerinə yenisi təyin edilməlidir. Və yaxud da görürsən ki, “Eşitmişəm, filankəs mənim yerimə gəlir”, deyib mübarizə aparır. Onlar hesab edirlər ki, bu yer onundur, onun adına yazılıb və başlayır həmin şəxsə qarşı mübarizə aparmağa. Ondansa, işlərini düzgün qurmağa çalışmalıdırlar ki, Prezident tərəfindən qiymətləndirilsinlər. Onları vəzifədən çıxardıqdan sonra kimin vəzifəyə gətirilməsi Prezidentin səlahiyyətindədir.

İslahatları qəbul etməyən ikinci qrup insanlar isə, Prezident İlham Əliyevin müşavirədə toxunduğu kimi, köhnə düşüncə tərzinə sahib olan və düşüncə olaraq sovet məkanında qalan insanlardır ki, onlar bugünkü reallığı və dünyada gedən prosesləri, atılan addımları qəbul etmirlər. Bu sürətə çata bilməyən insanlar özü istefa mədəniyyətindən istifadə etməlidir. O şəxs bilməlidir ki, onun bugünkü vəziyyəti mövcud ictimai, siyasi və sosial vəziyyətə cavab vermir. Avtomatik olaraq, geri çəkilməli və yeni kadrlar gəlməlidir”.

S.Novruzov Prezidentin məsələ ilə bağlı konkretləşdirdiyi fikrinə də münasibət bildirib:

“Bu günlər görülən işlərə kölgə salmaq üçün Prezidentin siyasətinə sədaqətlə xidmət edənlərə, yeni islahatlar, yeni təfəkkür və yeni baxışı olan insanlara qarşı hücuma keçirlər. Hansı sahədə iş getmirsə, heç ora nəzər salmırlar. Bunu bilərəkdən edirlər ki, qoy həmin insan o sahəni batırsın. Kim ki işləyir, onu hədəfə alırlar. Hədəf iki istiqamətdə aparılır. Biri daxildən müəyyən məsələlərlə bağlıdır. Buna şayiələr, söhbətlər və başqa məsələlər daxildir.

Digəri də xaricdə həm erməni lobbisi, həm də ayrı-ayrı strukturlar tərəfindən maliyyələşən, guya siyasi baxışlarına görə ölkəni tərk edən, əslində heç ali təhsili olmayan, əlində qələm tutmağı bacarmayan, söyüş mafiyasında iştirak edən insanlara vəsait ötürməklə, onlar vasitəsi ilə bu məsələlərə toxunurlar. Məqsəd də öz üzərlərindən diqqəti yayındırmaqdır”.

Millət vəkili Prezident İlham Əliyevin hansı sahədə yeni islahatlar keçiriləcəyi ilə bağlı da danışıb. O, bununla bağlı araşdırma və təhlillər aparıldıqdan sonra islahatlar aparılacığını qeyd edib:

“Hansı sahədə islahatların aparılması Prezidentin səlahiyyətinə daxil olan məsələdir. Hər bir sahədə araşdırma, təhlillər aparılır və göstəricilər ortaya qoyulur. Burada daxili tədqiqatla yanaşı, eyni zamanda Beynəlxalq Valyuta Fondu, Davos Ümumdünya İqtisadi Forumu kimi beynəlxalq təşkilatların da təhlilləri daxildir. Həmin təhlillərdə investisiya cəlb olunması üçün Azərbaycanın durumu, məmurların buna yanaşma tərzi və hansı sahədə problemlər yaradılması əksini tapır. Bütün bunların kompleks şəkildə analizı aparıldıqdan sonra Prezident İlham Əliyevə təqdim olunur və o lazımi ölçüləri götürür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm