Nida Xəbər
XİN başçısı yeni səfirlə görüşdü - FOTO
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Feysal bin Abdullah Həməd Abdullah Əl Hənzabı qəbul edib.
Xarici İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluq ifadə olunub və iqtisadi-ticarət, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu vurğulanıb.
Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
Qətər Dövləti ilə Azərbaycan arasında beynəlxalq təşkilatlar çərçivəsində mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə Qətər tərəfinə təşəkkürünü çatdırıb. Nazir Qətər vətəndaşları üçün viza rejiminin tam ləğv edilməsi haqqında sazişin təsdiq edilməsinin iki ölkə arasında turist axınının artmasına təkan verəcəyinə əminliyini ifadə edib.
Qətərin səfiri diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, ölkəsinin hər zaman qardaş və dost Azərbaycan xalqının yanında olduğunu bəyan edib. E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin