Fransada Şirin Məlikoffaya medal təqdim olundu
Bizi izləyin

Nida Xəbər

Fransada Şirin Məlikoffaya medal təqdim olundu

Fransanın Strasburq şəhərində azərbaycanlı neft sahibkarı İskəndər bəy Məlikovun nəvəsi Şirin Məlikoffaya Azərbaycan Demokratik Respublikasının yubiley medalı təqdim olunub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cü il 27 may tarixli sərəncamı ilə təltif etdiyi Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr edilmiş yubiley medalı Şirin Məlikoffaya Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov təqdim edilib.

Medal təqdimatı 18 oktyabr - “Müstəqillik haqqında Konstitusiya Aktı”nın qəbul olunmasının 28-ci ildönümünə həsr edilmiş tədbir zaman baş tutub.

Ona göstərilən bu yüksək diqqət və qayğıya görə təşəkkür edən Şirin Məlikoffa vətəndən uzaqda yaşasa da Azərbaycanla ayrılmaz olduğunu və bu bağlılığın nəsildən nəsilə ötürüldüyünü vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm