Əli Kərimlinin "inqilab" cəhdi bir daha sübuta yetirdi ki... - Millət vəkili
Bizi izləyin

Nida Xəbər

Əli Kərimlinin "inqilab" cəhdi bir daha sübuta yetirdi ki... - Millət vəkili

"Milli Şura"nın bu gün təşkil etdiyi qanunsuz yığıncaq cəhdi bir daha onların iç üzünü ortaya qoydu.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, AXCP sədri Əli Kərimli və onu ağılda olan bir qrupun "inqilab" cəhdi bir daha sübuta yetirdi ki, xalq bu yalançılara inanmır və ölkədə mitinqə ehtiyac yoxdur:

"Bu cəhd bir daha göstərdi ki, Azərbaycanda etiraz aksiyası keçirməyə ehtiyac yoxdur. Xalq artıq onların yalanlarına, xülyalarına inanmır. Çünki, xalq öz lideri ətrafında birləşib, seçimini edib. Artıq dəfələrlə təstiqini tapıb ki, AXCP normal şəkildə aksiya təşkil etmək iqtidarında deyil. Əli Kərimlinin sosial şəbəkələrdə vətəndaşları aksiyaya çağırması, şəhərin mərkəzində itaətsizlik mühiti və hətta mümkün olacağı təqdirdə qarşıdurma yaratmaq, özünü müxalifətdə real güc mərkəzi kimi təqdim etmək və müvafiq piar kampaniya aparmaq məqsədi daşıyıb. Nəticə isə göz qabağında oldu. Artıq xalq dərk edir ki, Əli Kərimli və onunkimilərin populist bəyanatları yalandan başqa bir şey deyil. Bu şəxslərin məqsədi heç də şəhərdə dinc aksiya keçirmək deyil, piketi mitinqə çevirmək, şəhərin mərkəzində qarşıdurma yaratmaq, çaxnaşma salmaqdır. Əgər Əli Kərimli həqiqətən tərəfdarlarına güvənib mitinq etmək istəyirdisə, Bakı şəhər İcra Hakimiyyəti onlara normal yer təklif etdi və orada istədikləri qədər toplanmağa icazə vermişdi. Lakin, öz tərəfdarlarına arxayın olmayan Əli Kərimli və onun beş-on nəfərlik ətrafı mitinqin müəyyən edildiyi əraziyə heç kimin gəlməyəcəyini bilib həmin ərazidən imtina etdilər. Nəticədə onlar insanların ən gur olan ərazisində toplaşmaq qərarı verdilər ki, ətrafdakı insanların diqqətini hay-küy salmaqla cəlb edə bilsinlər. Sonra da deyəcəklər ki, həmin şəxslər etiraz aksiyasına gəlmişdilər. Bunu artıq xalq da çox gözəl anlayır. Azərbaycan ictimaiyyəti dərk edir ki, AXCP və "Milli Şura" adı altında olan təşkilatın məqsədi dinc aksiya keçirmək deyil. Onlar şəhərin mərkəzində, insanların intensiv hərəkət etdiyi yerlərdə çaxnaşma yaratmaq, təxribat törətmək, bu məqsədlə gündəmdə qalmaqdır".

E.Məmmədov bildirib ki, həmin şəxslər 90-cı illərin psixologiyası ilə yaşamaqla müəyyən yollarla qanuna tabe olmayaraq, sadəcə olaraq küçədə polisə müqavimət göstərmək, təhqiramiz ifadələr işlətməklə çaxnaşma yaratmaq, yolu bağlamaqla insanları narahat etmək istədilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm